Qara dənizə dağılan neftin həcmi açıqlandı

media-hightechnic-468x90

Təxminən 2,4 min ton neft məhsulu Qara dənizə axıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlik, həmçinin Kerç boğazı ərazisində baş verən bu hadisənin dünyada M100 markalı ağır mazut ilə bağlı ilk qəza olduğunu qeyd edib. Bu səbəbdən, neftin aradan qaldırılmasının əsas yolu, mazutun sahil xəttinə atılaraq toplanmasıdır.

Qeyd edək ki, ötən ilin 15 dekabrında “Volgoneft-212” və “Volgoneft-239” tankerləri batıb. Bir dənizçi həlak olub, qalanları təxliyə edilib. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlər təxminən 9,2 min ton mazut daşıyırmış. Fəlakət nəticəsində Qara dəniz ərazisində neft məhsullarının sızması baş verib və nəticələrinin aradan qaldırılması ilə bağlı işlər aparılır./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600