Qara qutudakı səs yazısı heyrət doğurdu
Java dənizinə üzərində qəzaya uğrayan İndoneziyaya məxsus “AirAsia” təyyarəsinin qaraqutusunun səs lentə alan hissəsi (FDR) tapılıb. Ardınca digər optik hissəsi (CVR) dənizdən çıxarıldı.
Yenicag Türkiyə mediasına istinadən bildirir ki, sözügedən təyyarənin qara qutusu pilotlarının səsini qeydə alıb. Pilotlar arasında baş tutan 2 dəqiqə 10 saniyəlik dialoq sürətlə internetdə yayılıb.
Dialoq belə olub:
Pilot: “İnşAllah mən bunu təkrar edəcəm. Bu şəkildəkindən fərqlidir.”
Köməkçi pilot: “Bəli”
Pilot:“Bu qeyri-adidir”
Köməkçi pilot: “Bəli doğrudur”
Pilot: “ Bambuk gəmisi kimi olduq. Bunu istifadə edək”
Köməkçi pilot: “ (Gülür)
Pilot: “ Sıfır-yeddi. (Yerdəki dispeçerlə danışır) Yüksəyə qalxaq, yoxsa, biraz enək?”
Köməkçi pilot: “ Yüksəyə qalxaq”
Pilot: “Qəti şəkildə sola dönmə” (Həyəcanlı halda)
Köməkçi pilot: “ Kapitan baxın, baxın” ( Göstəricilərə işarə etdiyi təxmin edilir)
Daha sonra pilotların səs tonları yüksəlir, təkbir dedikləri anda səs yazısı bitir. Hələlik qəza ilə bağlı mütəxəssilər yekun qərara gələ bilməyiblər.
Xatırladaq ki, QZ8501 nömrəli “Air Asia” təyyarəsi dekabrın 28-də İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən Java dənizi üzərində qəzaya uğramışdır. Nəticədə ekipaj heyəti ilə birlikdə 162 nəfər həyatını itirmişdir.