“Qarabağ” – “Ayntraxt” oyununun təyinatları açıqlandı

media-hightechnic-468x90

Bakıda “Qarabağ” və Almaniyanın “Ayntraxt” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Schärer olacaq. Ona həmyerliləri Stéphane De Almeida və Jonas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Johannes von Mandach yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fähndrich əyləşəcəklər.

UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.

Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05