Torpaq sürüşdü, mağara üzə çıxdı - SİRRLİ HADİSƏ
Hatayda torpaq sürüşməsindən sonra mağara üzə çıxdı.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatayda güclü yağışlardan sonra İskenderunun Yıldırımtepe məhəlləsində torpaq sürüşməsi baş verib.
Nəticədə qayalar su kanalına düşüb, xəsarət alan olmayıb.
Sürüşmədən sonra sonra evlərin altında yerləşən və əvvəldən məlum olan iki mağaranın girişi tam açılıb.
Sakinlər mağaraların çox dərin olduğunu və uşaqlıq illərində içəri girdiklərini bildiriblər. Hadisə ərazidə marağa səbəb olub.













