!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” bu gün “Sivasspor”la qarşılaşır

!Reklam – Yazi

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında dördüncü oyunun keçirəcək.

Yenicag.az xəbər verir ki, Ağdam klubu I qrupundakı 4-cü tur matçında Türkiyə “Sivasspor”u ilə qarşılaşacaq.

Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. “Köhlən atlar” bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.

Hər iki komanda matça ciddi itkilərlə çıxacaq. “Qarabağ”da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar. Digər zədəlilər – Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacaqları sual altındadır.

“Sivasspor”da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilməyəcəklər. Onların arasında əsas heyət üzvlərinin də olduğu bildirilir.

Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında İspaniya “Vilyarreal”ı İsraildə Tel-Əviv “Makkabi”si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv