“Qarabağ” Çempionlar Liqasında mümkün rəqibi müəyyənləşdi

media-hightechnic-468x90

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Yenicag.az-ın məlumatına görə, tədbirdə “Qarabağ”ın mümkün rəqibləri də bəlli olub.

II təsnifat mərhələsində Polşa “Rakuv”u ilə qarşılaşacaq Azərbaycan çempionu turu adlasa, “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi ilə görüşəcək. Ağdam klubu polşalıları keçsə, növbəti oyunu evdə keçirəcək.

III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-9-da olacaq. Cavab matçları isə ayın 15-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk matç iyulun 26-da Polşada baş tutacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa