“Qarabağ”-dan möhtəşəm qələbə

media-hightechnic-468x90

63502Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Yenicag.az anspress-ə istinadən bildirir ki, bütün oyunlar eyni gündə baş tutub.

Artıq 3 oyun başa çatıb. “Qarabağ” Premyer Liqanın autsayderi “Bakı”nı sınağa çəkib və 3:0 hesablı qələbə qazanıb. Ağdam klubunun heyətində Reynaldo Silva dubl edib, Vüqar Nadirov bir qol vurub.

“İnter” “Xəzər Lənkəran”ı sınağa çəkib. 2 qolun vurulduğu oyunda hesabı 41-ci dəqiqədə Mikel Alvaro açıb. 69-cu dəqiqədə isə Asif Məmmədov “İnter”in ikinci qolunu vurub.

“Neftçi” fevralın 24-də Premyer Liqada 1:0 hesabı ilə udduğu və böyük söz-söhbətə səbəb olduğu AZAL-ı qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.

Son oyun “Qəbələ” və “Simurq” arasında keçirilir. Oyun saat 19.00-da başlayıb.

Qeyd edək ki, mərhələnin cavab oyunları martın 13-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar

4 mart
Neftçi – AZAL 0:0

İnter – Xəzər Lənkəran 2:0
Qollar: Mikel Alvaro, 41. Asif Məmmədov, 69.

Qarabağ – Bakı 3:0
Qollar: Reynaldo Silva, 6; 32. Vüqar Nadirov, 24.

Qəbələ – Simurq 0:1 (oyun davam edir)
Qol: Draqan Çeran, 11.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600