!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ ətrafında gərginlik: "Azərbaycan diplomatik sahədə də dominant olmalıdır" - RƏY

!Reklam – Yazi

“Azərbaycan hərbi yolla əldə etdiyi uğuru diplomatik sahədə də davam etdirməli idi, burada axsaqlıq olduğu görünür. Bunun üçün çox çalışmaq lazımdır”.

Bu sözləri Qarabağ ətrafındakı gərginlik, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr və Azərbaycanın atmalı olduğu addımları dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, hərbi qələbə əldə edən Azərbaycan diplomatik sahədə də dominant olmalı idi:

“Azərbaycan tərəfində də yalnışlıq axtarmalıyıq. Əgər kapitulyasiya aktı varsa, ərazimizin böyük hissəsini azad etmişiksə, əks tərəf məğlubdursa, diplomatik dominantlıq bizim əlimizdə olmalı idi. Beynəlxalq qurumlarda diplomatik maşınımız gecə-gündüz yatmamalıdır. Təəssüflər olsun ki, burda ciddi problemimiz var.

Səfirliklərimizin, beynəlxalq siyasətlə məşğul olan siyasətçilərimizin, BMT-də və ayrı-ayrı qurumlardakı nümayəndəliklərimizin iş prinsipi belədir ki, Bakıdan hansısa tapşırıq gələcək və ona uyğun davranacaqlar. Ermənistanla sülh sazişi, Qarabağda yuristiksiyanı təmin etmək üzərində diplomatik basqılarımız olmalıdır.

Ermənistanı işğalçı dövlət kimi tanıtmağa cəhd etməmişik. Bizim o istiqamətdə də cəhdlərimiz olmalıdır ki, Ermənistanı işğalçı dövlət kimi tanıdaq, işğala məruz qalan tərəf kimi tanınaq. Rusiya tərəfindən dövlətin suveren hüquqlarına beynəlxalq hüquqa zidd formada oyun qurulub, biz bu oyunu da pozmalıyıq.

Əlimizdə diplomatik imkanlar var. Biz çox çalışmırıq. Hadisə baş verir, sonra bəyanat veririk, işimizi bitmiş hesab edirik.

Hesab edirəm ki, çatışmayan əsas şey ölkə üçün çalışan diplomatların qıtlığıdır.

Öz ətrafında islahata meyilli, milli maraqları apara biləcək qüdrətə malik kadrlardan ibarət bir qrup formalaşmalıdır. Onların mayasında birinci milli kimlik məsələsi olmalıdır. Ola bilər kimsə ingilis dilini zəif bilər, ancaq tərcüməçidən istifadə etmək haqqımız var. İngilis dilini bilib, milli maraqlardan çıxış edə bilməyən adamların Azərbaycana heç zaman faydası ola bilməz.

Ermənistana revanş imkanı verilməməlidir. Ruben Vardanyan Rusiya vətəndaşı idi, Azərbaycana gəlib, sərhəd rejimini pozub. Onun məsuliyyətə cəlb olunması barədə bəyanat vermək lazım idi”.

Səxavət Məmməd

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv