!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü: "2020-ci il "Qarabağ ili" elan edilsin"

!Reklam – Yazi

Bu gün Qarabağ Komitəsinin növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Qarabağ Komitəsinin bu gün keçirilən iclasında Komitənin İdarə Heyətinə yeni üzv – Şakir Abbas seçilib.

Müsavat Partiyasının Qarabağ komissiyasının sədri, Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü Şakir Abbas saytımıza açıqlamasında bildirib ki, Pənah Hüseynin təşəbbüsü ilə onu idarə heyətinə üzv seçiblər:

“Qarabağ harada varsa, oradayam. Qarabağ bizim ən böyük problemimizdir, ən böyük dərdimizdir. Orada təklif etdim ki, 2020-ci il bütün ölkədə “Qarabağ ili” elan olunsun. Azərbaycanın elə bir yeri yoxdur ki, orada şəhid, əlil, yaralı olmasın. Ona görə də, bütün ölkə Qarabağ üçün birləşməlidir. Azərbaycanın iqtisadiyyatı da, ordusunun gücü də imkan verir ki, biz Qarabağı işğaldan azad edək. Ermənilər bizim millətin zərbəsini görəcək. Ermənilər bütün dünyaya car çəkib ki, imkan verməyin müharibə olsun. Müharibə istəmirsənsə, demək, qorxursan, qorxursansa, torpağımızı qaytar”.

Şakir Abbas qeyd edib ki, məsələ təkcə Qarabağla bitməyəcək:

“Bizim 300 mindən çox İrəvandan deportasiya edilən soydaşlarımız var. Biz onun da iddiasını edəcəyik. İrəvan bizim torpağımızdır, onun iddiasını yox, onu da həqiqətə çevirəcəyik. Ermənilər elə bilir ki, təkcə Qarabağla canını qurtaracaq. Müxalifətdəyəm ancaq müxalifət düşərgəsində həmişə deyirəm ki, istefa şüarı səsləndirmək çox asandır, Qarabağ demək isə çox çətindir. Biz o torpaqlara qayıtmalıyıq. Bütün dünya azərbaycanlılarına səslənirəm, gəlin bu yükün altından çıxaq, nə vaxta qədər bu yükü çiynimizdə daşıyacağıq?”.

Sonda Şakir Abbas vurğulayıb ki, o, Qarabağ adı keçən hər yerdə olub, olacaq da:

“Sabah Yeni Azərbaycan Partiyası (YAP) Qarabağla bağlı bir tədbir keçirsə, oraya da qatılacağam. Ən azı dinləyəcəyəm ki, nə etmək istəyirlər. Qarabağ harada var, orada olmalıyam”.

Səxavət Məmməd

www.yenicag.az

786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv