“Qarabağ” konqolu hücumçu aldı

“Qarabağ” yeni futbolçu transfer edib.

Yenicag.az xəbər verir ki, Ağdam klubu Türkiyə “Bursaspor”unun hücumçusu Con Delarjı heyətinə qatıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Ağdam klubu konqolu forvarda görə Super Liqa təmsilçisinə 200 min avro təzminat ödəyib.

28 yaşlı hücumçu 2017-ci ildən çıxış etdiyi Bursa klubun 15 oyuna 4 qol vurub. O, Kamerunun “Union Duala”, Slovakiyanın “Dunayska Streda”, Çexiyanın “Slovan” (Liberets), Avstriyanın “Admira Vakker” və Türkiyənin “Osmanlıspor” klublarında da forma geyinib.