Premyer Liqaya yüksələn komandaya yeni baş məşqçi təyin olundu

media-hightechnic-468x90

Mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanan “Şəfa” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Klubdan Yenicag.az-a verilən məlumata görə, Zaur Həşimov bu posta təyin olunub. Danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Zaur Həşimov “Şəfa” klubuna yad sima deyil. O, futbolçu kimi bu komandanın formasını geyinib və 2000/2001-ci illər mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Mütəxəssios “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda Bakı təmsilçisinin baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. Həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05