!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” mahnısı ilə xalqı coşduran Niyaməddin Musayev: “Hələ “Zəngəzur” da gəlir”

!Reklam – Yazi

“Vaxtilə vətənpərvərlik mövzusunda yazdığım “Qarabağ”, “Vətən həsrəti”, “Qurtuluş” adlı mahnılarım xalqın dilində əzbər idi. O musiqilər insanların Vətən, torpaq sevgisini coşdururdu. İndi də o musiqilər doğulacaq və qələbə əhval-ruhiyyəsi ilə insanlarımızı coşduracaq”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev qələbə sevincini bölüşərkən deyib. O, vətənpərvərlik mövzusunda bəstələdiyi və oxuduğu musiqiləri yada salıb.

İllərin müğənnisi bu gün də həmin musiqilərin davamının gələcəyini bildirib:

“Yadımdadır ki, o musiqilərin sədaları altında xalq Qarabağ deyib hayqırırdı. 30 il idi ki, Vətən həsrəti ilə qovrulurduq, başımız nələr çəkdi, nələr. Şükürlər olsun ki Ali baş komandanımız və güclü Ordumuz bu qələbə sevincini Azərbaycan xalqına yaşatdı. Düşmən tapdağı altında qalan torpaqlarımız özümüzə qayıtdı. Bəli, qürurla söyləyirik ki, Qarabağ Azərbaycandır. O nəğmələr yenə doğulacaq, bu qələbə sevinci ilə yeni musiqilər bəstələyəcəm. İnşallah ki, Zəngəzurumuz da özümüzə qayıdacaq. “Zəngəzur” adlı mahnı da yazmışam:

Vətən söylədiyin torpaqdır, daşdır,
O yerlər gözümdə bir damla yaşdır.
Vətən çağıranda dilim dolaşdı,
Silah götür ay eloğlu, ayağa dur!
Darda qalıb, yol gözləyir Zəngəzur!

Hələ bu torpaqların ardınca Zəngəzurun da alınmasını gözləyirik”.

Cəvahir

www.yenicag.az

1102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv