Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qarabağ münaqişəsinin həlli ABŞ üçün prioritet deyil” - Ekspert

Reklam: High Technic

ABŞ-ın Qarabağ münaqişəsinin həlli prosesinə təsirinin səngidiyi bildirilir.

Dünyanın superdövləti olan ABŞ ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biri olsa da, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Rusiya qədər aktiv deyil.

Nizamlama prosesində dominantlıq hələ də Kremlə məxsusdur. Vaşinqton isə prosesi sanki kənardan müşahidə etməklə, öz işini bitmiş hesab edir. Görəsən, ABŞ-ın Qarabağ münaqişəsinin həlli prosesində təşəbbüsü öz əlinə almasına hansı amillər mane olur?

Mövzunu Yenicag.Az-a şərh edən politoloq Mail Gülalıyevin fikrincə, ABŞ-ın Qarabağ məsələsinin həllində passiv davranması ilk növbədə Ağ Evdə zəruri motivasiyanın olmaması ilə bağlıdır:

“Vaşinqtonun aktiv olması üçün motivasiya, təzad lazımdır. ABŞ-ın hazırda Qarabağ probleminin həllində marağı yoxdur, ona görə də prosesdə aktiv deyil. Çünki yaşadığımız region Rusiyanın nüfuz dairəsində olan ərazidir. Ermənistan Rusiya ilə kifayət qədər geniş əlaqələr qurub. Azərbaycanın da Moskva ilə əlaqələri yüksək səviyyədədir. Yəni region ölkələri, ümumiyyətlə, postsovet ölkələrinin əksəriyyətinin bu və ya digər şəkildə Rusiya ilə ciddi bağlılığı var. Belə bir şəraitdə ABŞ-ın regionumuza daxil olması və problemin həllində aktiv iştirak etməsi üçün ciddi motivasiya lazımdır.

Ümumiyyətlə, ABŞ hansı ölkəyə daxil olub, oranı xoşbəxt edib ki, regionumuza gələrək, burada da xoşbəxtlik yaratsın? Ona görə də ABŞ-dan yaşadığımız problemin həllində aktiv olmasını gözləmək sadəlövhlük olardı. Vaşinqton regionda karbohidrogen ehtiyatları ilə bağlı marağını artıq təmin edib. Bu ölkənin şirkətləri bölgədə karbohidrogen ehtiyatlarının hasilat və nəqlində hələ də fəal iştirak edirlər. Həmçinin regionda hasil edilən neft və qaz kifayət qədər təhlükəsiz şəkildə nəql olunur.

Bu halda ABŞ-ın regionumuzda möhkəmlənməsinə elə bir zərurət qalmır. Yəni ABŞ özü üçün bu zərurəti hiss etmir. Hazırda ABŞ-ın əsas diqqəti digər problemlərə yönəlib. Vaşinqton Yaxın Şərqdə möhkəmlənməyə, Uzaq Şərqdə Şimali Koreyi ilə mövcud olan problemləri həll etməyə çalışır. Həmçinin Ağ Ev ölkə daxilində bir sıra problemlərin həllinə ciddi diqqət yetirməyə başlayıb. Özünün çoxsaylı problemləri fonunda ABŞ üçün Dağlıq Qarabağ problemilə məşğul olmaq aktual deyil. Ona görə də Qarabağ probleminin həllilə bağlı Vaşinqtondan nəsə gözləməyinə dəyməz”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

286