“Qarabağ” Premyer Liqada növbəti qələbəsini qazandı

“Qarabağ” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi XIII turda “Zirə” ilə üz-üzə gəlib.

⁷Qarşılaşma “köhlən atlar”ın qələbəsi ilə yekunlaşıb – 4:0. 2-ci dəqiqədə Mateuş Silva hesabı açıb. 52-ci dəqiqədə Yassin Benziya penaltini dəqiq yerinə yetirib. 60-cı dəqiqədə Bəhlul Mustafazadə fərqi daha da artırıb. Səkkiz dəqiqə sonra Aleksey Kaşuk dördüncü qolu vurub.

Hazırda lider olan “Qarabağ” xallarının sayını 31-ə çatdırıb. Paytaxt klubu 20 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ilk matçında “Araz-Naxçıvan” “Sumqayıt”ı məğlub edib – 1:0.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Şamaxı” ilə (2:2), “Səbail” “Turan Tovuz”la (1:1), “Sabah” isə “Kəpəz”lə (2:2) heç-heçə edib./Report/

COP29