!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" tarix yazdı: Komandamız Çempionlar Liqasının pley-offunda!

!Reklam – Yazi

“Qarabağ” tarix yazdı: Komandamız Çempionlar Liqasının pley-offunda!

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şerif”in qonağı olub.

Bakıda keçirilən matç 0:0 hesabı ilə başa çatdığından cütün taleyinə Tiraspolda aydınlıq gəlib.

Qurban Qurbanovun komandası hər hissədə bir dəfə fərqlənməklə matçı 2:0 hesablı qələbə ilə başa vurub.

Bununla ağdamlılar Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, “Qarabağ” pley-offa yüksəlməklə ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) – 1:2
Qol: Badibanqa, 90 – Ndlovu, 45+3, Miçel, 87

Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
Tiraspol. “Şerif” stadionu
İlk oyun – 0:0

“Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan
Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian
Baş məşqçi: Roberto Bordin

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jejniçak, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

www.yenicag.az

1509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv