“Qarabağ”ın qapıçısı Buntiç yeni transfer üçün danışıqlar aparır

media-hightechnic-468x90

“Qarabağ”da qapıçı ayrılığı gündəmdədir

Yenicag.az-ın əldə etdiyi məlumata görə, “Qarabağ”ın xorvatiyalı qapıçısı Fabyan Buntiç hazırda bir neçə klubla danışıqlar aparır.

Komandadakı mövqeyindən narazı olan 28 yaşlı qolkiper daha stabil forma geyinə biləcəyi bir klubda çıxış etməyi planlaşdırır. “Qarabağ” rəhbərliyi də oyunçunun qərarına anlayışla yanaşır və o, yeni klub tapacağı təqdirdə, transferinə maneə yaradılmayacaq.

Xatırladaq ki, Buntiç 2024-cü il iyulun 1-də “Qarabağ”la müqavilə imzalayıb. Təcrübəli qapıçının klubla olan müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600