!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ üçün növbəti qeyri-müəyyənlik: “Bratislava görüşündən sonra ümidverici açıqlamalar verilsə də...”

!Reklam – Yazi

“Danışıqlarda əsas məqam münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prinsipinin dəyişməzliyidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakan arasında bu gün Bratislavada baş tutan görüşün danışıqlar prosesinə mümkün təsirini dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin sözlərinə görə, nazirlərin bu gün keçirilən görüşündə aparılan müzakirələr əvvəl razılaşdırılmış prinsiplərə əsaslanıb:

“Nazirlərin Bratislava görüşü bir qədər əvvəl yekunlaşıb və onunla bağlı cəmi bir cümləlik ümumi açıqlama verilib. O da bundan ibarətdir ki, tərəflər danışıqların davam etdirilməsinin tərəfdarıdırlar.

Amma bilindiyi qədər, Bratislava görüşündə aparılan müzakirələr də əvvəl razılaşdırılmış prinsiplərə, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanıb.

Böyük ehtimalla, müzakirələrdə digər istiqamət Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların yaradılmasını əhatə edib. Xatırladım ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da məsələnin vacibliyini bildirmişdi.

Tərəflər danışıqların davam etdirilməsinin vacibliyi məsələsində eyni mövqe sərgiləyiblər. Yəni qarşıdakı müddətdə yeni müzakirələr gözələnilir. Amma bu müzakirələrin nəticəsi barəsində indidən qəti fikir yürütmək çətindir”.

A.Zeynalov

www.yenicag.az

1055
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv