"Qarabağ" “Ferentsvaroş”u məğlub etdi - VİDEO / YENİLƏNDİ
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən “Qarabağ” Liqa mərhələsinə yüksəlib.
Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Josef (14), Barnabas Varqa (55,pen) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Ferentsvaroş”u mübarizədən kənarlaşdıran “Qarabağ” tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.
***
“Ferentsvaroş” 55-ci dəqiqədə hesabı bərabərləşdirir – 2:2.
***
45-ci dəqiqədə A.Zubir hesabı 2:1 edir.
***
25-ci dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirir. Leandro Andrade adını tabloya yazdırır – 1:1.
***
Qonaqlar 14-cü dəqiqədə Josepin vurduğu qolla hesabı açır.
***
Matç başladı.
**19:55
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la “Ferentsvaroş” (Macarıstan) arasında keçiriləcək cavab oyunu üçün start heyətlər açıqlanıb.
Yenicag.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
“Ferentsvaroş”: 90. Deneş Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Levi, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O’Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa.
Baş məşqçi: Robbi Kin.
Qeyd edək ki, komandalar arasında ilk matçda Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib./Azertag/