Yaşar Gülər: "Türkiyə müdafiə sənayesi son illərdə böyük sıçrayış edib"

media-hightechnic-468x90

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, Türkiyə müdafiə sənayesi son illərdə böyük sıçrayış edib və ASELSAN bu sahədə yarım əsrlik yolçuluğu ilə ölkəni dünya standartlarının üzərinə çıxaran uğur hekayəsi yazıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, nazir “Polad Qübbə” layihəsinin milli təhlükəsizlik baxımında həyati əhəmiyyət daşıdığını deyib.

“Bu sistemlər ordumuzun manevr imkanlarını və əməliyyat gücünü artıraraq çəkindiriciliyini ən yüksək səviyyəyə qaldıracaq”, – deyə Gülər vurğulayıb.

Nazir bildirib ki, bölgədəki son müharibə və qarşıdurmalar güclü hava hücumundan müdafiə sistemlərinin vacibliyini bir daha göstərib:

“Şükürlər olsun ki, Türkiyə artıq öz imkanları ilə hava müdafiəsini təmin edəcək layihələri sürətlə həyata keçirir. Məqsədimiz əldə etdiyimiz bu uğurlu səviyyəni daha da yüksəltməkdir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05