Tramp: “Soros və oğlu məsuliyyətə cəlb edilməlidir”
ABŞ Prezidenti Donald Tramp Soros ailəsini Amerikadakı etirazları dəstəkləməkdə və ölkəni məhv etməkdə günahlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasındakı səhifəsində yazıb.
Ağ Ev rəhbəri, Corc Soros və oğlunu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qanununa uyğun olaraq məsuliyyətə cəlb etməyə çağırıb.
“Corc Soros və onun oğlu, Amerika Birləşmiş Ştatlarında şiddətli etirazlara dəstək verdikləri üçün cavab verməlidirlər. Biz bu dəlilərin Amerikanı parçalamağa davam etməsinə imkan verməyəcəyik. Soros və onun psixopatlar qrupu ölkəmizə böyük ziyan vurdu! Ehtiyatlı olun, biz sizi izləyirik! ”,-deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidentinin Sorosun respublikaçı oğlu Aleksi nəzərdə tutduğu bildirilir./Qafqazinfo/