"Qarabağ"a cəza  

media-hightechnic-468x90

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının üçüncü turunun “Neftçi” – “Kəpəz” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının üçüncü turunun “İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində “İnter”in futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının üçüncü turunun “Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600