Qarabağa ilk qatar yola salındı - VİDEO

media-hightechnic-468x90

Ağdamda 32 ildən sonra ilk sərnişin qatarı görünüb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Yenicag.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən layihələndirmə və tikinti işlərinə başlanılan Bərdə-Ağdam dəmiryol xəttinin yoxlanılması məqsədilə qatarla sınaq gedişi həyata keçirilib.

İllər sonra işğaldan azad olunan Ağdama gedən ilk dəmiryol nəqliyyat vasitəsi ölkəyə yeni gətirilən FLIRT sərnişin qatarıdır.

“Azərbaycan Dəmir Yolları”nın nümayəndəsi Bəxtiyar Hacıyev “Xəzər Xəbər”ə bildirib ki, Preziden İlham Əliyevin sərəncamına əsasən layihələndirmə və tikinti işlərinə başlanılan Bərdə-Ağdam dəmiryol xəttinin yoxlanılması məqsədilə qatarla sınaq gedişi həyata keçirilib. Onun sözlərinə görə, bu, Qarabağa hərəkət edən ilk sərnişin qatarı oldu.

Sınaq gedişi uğurla yekunlaşıb.

Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrdir. Layihə çərçivəsində ümumilikdə 130 ədəd mühəndis qurğusunun, 5 stansiyanın və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılıb.

Daha ətraflı videoda:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600