Qarabağa səfər edən belçikalı deputatın adı “qara siyahı”ya salınacaq

media-hightechnic-468x90

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Belçika parlamentinin deputatı Jan-Jak Flaun adının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, hazırda Jan-Jak Flaunun Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalar aparılır: “Belçika parlamentinin deputatının və onunla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlərin adlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq”.

Qeyd edək ki, Belçika parlamentinin deputatı Jan-Jak Flaunun rəhbərliyi ilə bir qrup belçikalı deputat Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər ediblər. Onlar Xankəndində separatçı rejimin rəhbərliyi ilə görüşüblər.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05