!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağı tələb edən xanım jurnalist "Qarabağ" qəzetindən qovuldu – BÖYÜK RƏZALƏT

!Reklam – Yazi

“Qarabağ” qəzetinin rəhbərliyi işğal altındakı ərazilərimizin qaytarılmasına çağırış edən jurnalist Əntiqə Rəşid işdən çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Əntiqə Rəşid özünün sosial şəbəkə hesabında paylaşıb.

Xanım jurnalistin sözlərinə görə, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov və redaktoru Salman Alıoğlu “sən niyə prezidentə müraciət etmisən?” deyə sərt sözlərlə ona qarşı hücuma keçiblər:

“Çox söz-söhbətdən sonra bildirdilər ki, ya müraciətini və “Facebook” səhifəni siləcəksən, bizdən də üzr istəyəcəksən, ya da ərizə yazıb işdən çıxacaqsan. Əks halda, kollektivin iclasını çağırıb protokol tərtib edib, səni o şəkildə işdən qovacağıq”.

Bir qədər sonra məlum olur ki, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov bildiyini edib. Nəticədə redaksiyanın ümumi yığıncağının qərarı, baş redaktorun sərəncamı ilə “Əntiqə Aslanova Rəşid qızı öz fəaliyyətində qəzetin tutduğu mövqeyə zidd olaraq, sosial şəbəkələrdə və internet resuslarında dövlət başçısının komanda üzvlərinə qarşı təhqiramiz ifadələrə, redaksiyanın icazəsi olmadan müxalifətin icazəsiz keçirdiyi piket və mitinqlərdə iştirak edərək şəkillər paylaşdığına görə” işdən çıxarılıb.

Əntiqə Rəşid isə özünə qarşı haqsızlıq edildiyini deyərək, ölkə rəhbərliyinə və Mətbuat Şurasına ünvanladığı müraciətdə bu biabırçı qərarın ləğvini, yenidən işinə bərpa olunmasını tələb edir.

www.yenicag.az

3794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv