!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın POTENSİAL RƏQİBLƏRİ: “Komandanın səhvə yol vermək ehtimalı yoxdur”

!Reklam – Yazi

“Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın hansısa komandaya yuxarıdan aşağı baxmaq ehtimalı yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 2-ci təsnifatdan keçəcəyi təqdirdə, “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacağı potensial rəqiblərini dəyərləndirən idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkünü “Qarabağ” üçün nisbətən uğurlu adlandırmaq olar:

“Çünki istər “Ludoqorets”, istər “Dinamo Minsk” yaxşı komandalardır. Onların ikisi də uğurlu illərini yaşayır. Nəzərə almaq lazımdır ki, onların biri Belarusun, digəri isə Bolqarıstam çempionatının qalibidir. Hər ikisinin də yaxşı avrokubok tarixi, uğurları var. 3-cü təsnifat mərhələsindən hansının “Qarabağ”ın rəqibi olmasına baxmayaraq, onlara yuxarıdan aşağı baxmaq çox böyük səhv olar. Düşünürəm ki, “Qarabağ” bu səhvə yol verməyəcək. Çünki Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın hansısa komandaya yuxarıdan aşağı baxmaq ehtimalı yoxdur. Biz bunun avrokuboklarda dəfələrlə şahidi olmuşuq. Eyni zamanda, yerli çempionatda da rəqibdən açıq-aşkar üstün olmasına baxmayaraq, həmişə rəqib haqqında müsbət fikirlər bildirən, rəqibi daha güclü analiz edən, ona hörmətlə yanaşan və bu hörməti istifadə edən Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın belə bir səhvə yol vermə ehtimalı yoxdur. Biz bunu 2-ci təsnifat mərhələsində olan oyunlarda da görəcəyik”.

K.Məstəliyev qeyd edib ki, “Qarabağ”ın qarşıda çox ciddi hədəfləri var:

“Əgər “Qarabağ” ikinci təsnifat mərhələsini keçərsə, ən azı Konfrans Liqasının qrupunu təmin edəcək, üçüncü təsnifat mərhələsində qalib gələrsə, komandamız ən azı Avropa Liqasının qrupunu təmin edəcək. “Qarabağ”ın qarşıda çox ciddi hədəfləri var. Biz komandamıza inanırıq. Düşünürəm ki, komandamız 2-ci təsnifat mərhələsini keçdikdən sonra və potensial rəqiblərin ən azı bir oyununa baxdıqdan sonra bu hədəflərlə bağlı daha detallı danışa bilərik”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv