"Qarabağ"ın sabiq futbolçusu qəflətən dünyasını dəyişdi - FOTO

media-hightechnic-468x90

“Qarabağ”ın və Bakının “İnter” (indiki “Şamaxı”) klubunun sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.

Yenicag.az Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi 43 yaşında qəflətən dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008 – 2010-cu illərdə “İnter”də, 2010 – 2011-ci illərdə “Qarabağ”da çıxış edib. O, AVRO-2000-də iştirak edən Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində “Oqre” klubunda köməkçi məşqçi işləyirdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa