Qaradağ polisinin uğurlu əməliyyatı

media-hightechnic-468x90

dc21571c0605ca3f5cb774a9c6f5c2a4Qaradağ polisi narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxsləri saxlayıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, keçirilən əməliyyat zamanı Buta qəsəbəsi sakini Abbasov Tofiq Rafiq oğlu şübhəli şəxs qismində saxlanılaraq 38-ci polis bölməsinə gətirilib. Bölmədə T.Abbasovun üzərinə baxış zamanı ondan 6.1 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

Rayon polisinin apardığı digər əməliyyat nəticəsində Binəqədi sakini Şükürov Şaiq Niftəli oğlu şübhəli şəxs qismində saxlanılıb. Binəqədi sakini Mingəçevirdən Bakıya gələrəkən Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən yaxalanıb. Onun maşınına baxış keçirilən zaman oradan 1 kibrik qutusu və ümumi çəkisi 30.51 qram olan qurudulmuş marixuna aşkar edilib.

Hər iki faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

()

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600