Qardaşı tərəfindən baltalanan qadın xəstəxanada öldü

media-hightechnic-468x90

Tovuzda ötən ay qardaşı tərəfindən baltalanan qadın xəstəxanada ölüb.

Yenicag.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, ağır xəsarətlər alan 2000-ci il təvəllüdlü A.Namazaova Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyunun 6-da Tovuz şəhərində baş verib. Belə ki, Tovuz şəhər sakini ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb. Hadisəni törədən K.Namazov polis əməkdaşları tərəfində saxlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600