Türkiyəli müğənni Gülben Ergen ilk dəfə qardaşı Rıfatın illər əvvəl öldürüldüyünü etiraf edib.
Yenicag.az xəbər verir ki, o, bu barədə qonaq olduğu “YouTube” kanalına danışıb.
“Mənim 18, qardaşımın isə 23 yaşı var idi. Çox yaxşı biri idi və ölməli deyildi. Atamı itirmək mənim üçün böyük zərbə idi. Atamın vəfatına hər qız uşağı kimi kədərləndim, amma qardaşımı itirəndə özümü toparlaya bilmədim. İllərlə yol qəzasında itirdik deyə, onunla bağlı sualların cavabını yola verdim. Onu ən yaxın dostu səhvən vurdu. Cinayətə qurban getdi. Həmin şəxs içkili imiş. Qardaşımı səsləyib, o isə “işim var” deyib. Daha sonra “5 dəqiqəliyinə bax” deyib, atəş açıb. Qardaşım yerə yıxılıb. O da gedib atama “Mazhar əmi, mən Rıfatı vurdum” söyləyib. Qardaşımı birgə yerdən götürəndə ölüb. Onun cahilliyi, ya da içki bütün pisliklərin anasıdır. İnsan buna ad verə bilmir. Güllə aorta damarına dəyib. 3 santimetr yuxarı və ya aşağı olsaydı öldürmürmüş. Üç il sonra atam vəfat etdi. Çox qəribə yüklərdir”, – deyə, müğənni ifadə edib.
www.yenicag.az