Qardaşına telefon ötürmək istədi
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin bir neçə maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cəsarət Rasim oğlu Mustafayevin yanına qısamüddətli görüşə gəlmiş bacısı, Tərtər rayon sakini Zümrüd Rasim qızı Mustafayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, baxış zamanı onun çantasının içərisindən 1 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefon aparatları, 1 ədəd “Cin” və 1 ədəd “Azercell” danışıq kartları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.