!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qatara çırpılan avtobusun sürücüsü narkoman çıxdı

!Reklam – Yazi

Bu gün Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.

Yenicag.az-ın Avtosfer.az-a istinadən verdiyi məlumata görə, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov təsdiqləyib.

Onun sözlərinə görə, bu gün baş verən qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

V. Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu “Ayşən” MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, 13 yaşlı məktəblinin həyatını itirdiyini qeyd edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

www.yenicag.az

3854
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv