Qax rayonunda kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, bu gün axşam saatlarında Kürmük çayı yaxınlığında meyiti tapılan şəxsin ikin müayinə zamanı Ağdam rayon sakini, 1950-ci il təvəllüdlü Şəfa Əvəz oğlu Behbudov olduğu müəyyənləşib. Onun ürəktutmasından öldüyü ehtimal edilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Meyit müayinə olunması üçün Səhiyyə Nzirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Report/