Kirayə mənzil bazarında QITLIQ: Təklif azalır, qiymətlər yüksəlir

media-hightechnic-468x90

 

Hazırda daşınmaz əmlak bazarında yerləşməsindən asılı olmayaraq, 600–650 manatdan aşağı kirayə mənzil tapmaq demək olar ki, qeyri-mümkündür.

Bunu Yenicag.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “VECON CONSULTING” şirkətinin direktoru Vüqar Oruc bildirib.

media-dcf1846f-c1b7-30d3-a8f8-06158d38b30b_850_-1

 

Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında təkliflərin sayı kəskin azalıb. Bir çox mənzil sahibi gələn il qiymətlərin daha da artacağını proqnozlaşdırdığı üçün əmlakını bazara çıxarmağa tələsmir.

Onun sözlərinə görə, hazırda bazarda 600–650 manatdan aşağı kirayə mənzil tapmaq demək olar ki, mümkün deyil:

“2026-cı ildən fiziki şəxslərin kirayə gəlirlərinə tətbiq olunan gəlir vergisinin 14%-dən 10%-ə endirilməsi planlaşdırılsa da, əgər vergi ödənişləri inzibati qaydada məcburi tətbiq edilərsə, bu amil də qiymət artımını sürətləndirə bilər”.

Ekspert qeyd edir ki, kirayə qiymətlərindəki artım satış bazarına da təsir edəcək:

“2026-cı ildə daşınmaz əmlak bazarında bahalaşma qaçılmazdır. Artımın tempi isə hökumətin iqtisadi addımlarından və əhalinin iqtisadi aktivliyindən asılı olacaq”.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa