Qırmızı At ilində kimlərin BƏXTİ GƏTİRƏCƏK, kimlər ZÜLM ÇƏKƏCƏK? - Məşhur astroloqdan XƏBƏRDARLIQ
“İlan”ın öz yerini “At”a təhvil verməsinə sayılı günlər qalıb. Hər kəsi bu sual maraqlandırır: Görəsən, “Alovlu qırmızı at ili” insanlara nələr vəd edir?
Yenicag.az-a açıqlama verən məşhur astroloq Səbuhi Rəhimli At ilinin enişli-yoxuşlu olacağını bildirib:
“Hər zaman at sadiq dost, xilaskar, namus qoruyucusu sayılıb. At, arvad, papaq ta qədimdən kişilərin qeyrət rəmzi kimi səciyyələndirilib. At həm də müqəddəs heyvandır, muraddır. Qırmızı At ili heç də deyilən kimi firavanlıqdan xəbər vermir. Çünki yola saldığımız İlan ilindəki qalmaqallı hadisələr, böyük olaylar, siyasi arenada baş verənlər qorxulu olaylar kimi səciyyəndirilsə də, bu il xeyirlə şər bərabərləşəcək. Güc balansı eyni səviyyədə olacaq. Bu isə qızğın mübarizənin getməsinə zəmin yaradacaq. May ayına qədər mübarizədə ədalət tərəfdarları üstünlüyü daha çox ələ alacaqlar. Amma onu saxlamaq da çətin olacaq.
İlin simvolu həvəs, qətiyyət, ehtiras təcəssüm etdirir. Atla yaxşı münasibət qursanız, heç bir problem yaşamayacaqsınız. O, istənilən vəziyyətdə sizə dəstək olacaq. At ili bir çox müsbət dəyişikliklər vəd edir. Bu heyvan durğunluğu sevmir. At dedi-qodu və gizlin sövdələşmələri qətiyyən sevmir. Atın oyun qaydalarına uyğun oynayın, onda hər şey yoluna düşəcək”.
Astroloqun sözlərinə görə, At ilində xeyirxah əmələ xidmət edənlərin bəxti gətirəcək:
“At o kəslərə zərbə vuracaq ki, onlar neqativ işlərlə məşğuldurlar. Cadugər və fal açanların, xəyanətkarların, pislik edənlərin üzü gülməyəcək. At ilində daha çox baiskarlar, zülm verənlər cəza çəkir. At ilində qəfil yüksəliş və qəfil enişlər olur. İlin ilk yarısı bütün dünya üçün çox çətin keçəcək. Dünyanın siyasi mənzərəsi dəyişəcək. İlin ikinci yarısı qismən sakit keçəcək”.
Cəvahir












