Qaynana gəlinini bıçaqladı – Ucarda

media-hightechnic-468x90

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yeniçağ.az Report-a istinadən xəbər verir ki, Ucar rayonu Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.

Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat edilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

G.Rəhimovanın yaxınlarının “Report”un yerli bürosuna verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqlayıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600