Qaz İdarəsində qanunsuzluqlar-Müdir işdən çıxarıldı

media-hightechnic-468x90

27084Göyçay Qaz İstismar İdarəsinin müdiri Murtuz Salahov işdən azad olunub. Göyçaydakı mənbənin bildirdiyinə görə, ona cinayət işinin açılması da gözləniləndir.

İdarə müdiri bir çox rayon kəndlərində köhnə qaz borularının kəsilib satılması, müqaviləsiz sayğacların quraşdırılması səbəbindən işini itirdiyi bildirilir.
Məsələ ilə bağlı Murtuz Salahovun özü ilə əlaqə saxladıq. O, işdən azad olunması xəbərini  təsdiqlədi.

Rayondakı mənbənin daha bir məlumatına görə, qaz borularının kəsilməsi ilə bağlı Göyçay Qaz İdarəsinin işçiləri polis idarəsinə çağrılıb və onlardan izahat alındığı deyilir.
Xatırladaq ki, Göyçay Qaz İdarəsinin müdiri Murtuz Salahovun qanunsuz əməlləri ilə bağlı  bir neçə dəfə faktlara əsaslanan yazılar dərc olunub(aktual.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600