Qazaxıstan prezidenti Azərbaycana gəlir

media-hightechnic-468x90

скачанные файлы (1)Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə N. Nazarbayev bəzi ölkələrin Qazaxıstandakı səfirlərinin etimadnaməsinin qəbulu mərasimində deyib.

Etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edənlər arasında Azərbaycan səfiri Rəşad Məmmədov da olub.

“Azərbaycan Qafqaz regionunda bizim strateji tərəfdaşımızdır. Biz energetika, logistika, kənd təsərrüfatı sahəsində aktiv əməkdaşlıq edirik. Azərbaycan prezidenti İlham Əliyevdən rəsmi dəvət almışam və bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm”, – deyə N. Nazarbayev qeyd edib.

Lakin o, səfərin tarixini açıqlamayıb.

Azərbaycan səfiri ilə yanaşı, BMT, İsrail, Özbəkistan, Tailand səfirləri də etimadnamələrini Qazaxıstan prezidentinə təqdim ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600