Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Həmin fərmana əsasən, ölkədə Atom Enerji Agentliyi yaradılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Agentlik Energetika Nazirliyinin bəzi səlahiyyətlərini öz üzərinə götürəcək. Quruma keçmiş energetika naziri Almasadam Satkaliyevin başçılıq edəcəyi bildirilir.
Fərmana əsasən, yeni struktur bilavasitə dövlət başçısına tabe olacaq və ona hesabat verəcək. Fərman imzalandığı gündən qüvvəyə minib./Trend
www.yenicag.az