!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda cinayət törədib Azərbaycana qaçan şəxs ölkəsinə ekstradisiya edildi

!Reklam – Yazi

1989-cu il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Sadırbayov Serik Sırlıbayeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Ba. Prokurorluqdan Yenicag.az-a bildirilib ki, Qazaxıstanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S. Sadırbayov 2024-cü ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.

Serik Sadırbayov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

 

www.yenicag.az

111
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv