Qazaxıstanın Jambıl vilayətinin iki kəndində iki saat ara ilə sakinlər arasında etnik toqquşma baş. verib.
Yenicag.az xəbər verir ki, çox sayda ev, maşın, kafe və mağazalar yandırılıb.
Toqquşmanın səbəbi həmən bölgədə yaşayan dunqan millətindən olan azlıqların cinayətkarı Qazaxıstan polislərinə verməməsi olub. Polislərlə yaşanan qarşıdurmada yaşlı Qazağa dunqanlar tərəfindən ağır xəsarət yetirilib. Qonşu kəndlərdə yaşayan qazaxlar hadisədən sonra Masançı kəndinə hücum çəkiblər. Hadisə nəticəsində 11 nəfər ölüb, 100-dən çox yaralı olduğu bildirilib.
Məsələyə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev münasibət bildirib: “Gecə olanlar üzücüdür. Təxribatçılar bu vəziyyətdən yararlanmağa çalışdılar. Təəssüf ki, ölən və yaralananlar var. Hazırda vəziyyət polis və Milli Qvardiyanın nəzarəti altındadır. Dövlət orqanları bu ciddi hadisənin nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görməlidir”.
www.yenicag.az