“Azərbaycan və Türkiyə üzərindən keçən xətlərin inkişaf etdirilməsi regional ticarət həcmini artırır” - Tokayevin MÜSAHİBƏSİ

media-hightechnic-468x90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin nüfuzlu “Türkistan” qəzetinə müsahibə verib.

Yenicag.az xəbər verir ki, Tokayevin fikrincə, tranzit və logistika Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir.

Avrasiya qitəsinin tam mərkəzində yerləşən Qazaxıstanın dənizə birbaşa çıxışı yoxdur. Bununla belə, Qazaxıstan Çin ilə Avropanı birləşdirən əsas quru marşrutlarının kəsişməsində yerləşməsi sayəsində mühüm coğrafi üstünlüyə malikdir.

Prezidentin sözlərinə görə, son illərdə ölkədə bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Asiya ilə Avropa arasında quru yük daşımalarının mühüm hissəsi Qazaxıstan ərazisindən keçir. Bundan əlavə, beynəlxalq tədarük zəncirlərini gücləndirmək məqsədilə ölkə hüdudlarından kənarda da logistik terminal şəbəkəsi yaradılmışdır.

Günümüzdə logistika sahəsində rəqabət getdikcə artır və bu sektor qlobal geopolitikanın mühüm elementlərindən birinə çevrilir. Bu çərçivədə Qazaxıstan beynəlxalq nəqliyyat dəhlizləri və təşəbbüslərində aktiv şəkildə iştirak edir. Xüsusilə “Bir Qurşaq – Bir Yol”, “Şimal – Cənub”, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə “Rusiya – Qazaxıstan – Türkmənistan – İran” xətti vasitəsilə dəniz limanlarına çıxış imkanları sistemli şəkildə inkişaf etdirilir.

Tokayev qeyd edib ki, bu istiqamətdə Qazaxıstanın həyata keçirdiyi tranzit və logistik təşəbbüslər təkcə türk dövlətləri arasındakı əməkdaşlığı gücləndirməklə qalmır, ümumilikdə bütün region üçün iqtisadi cəhətdən səmərəli və faydalı nəticələr verir. Çin ilə Avropanı birləşdirən logistik marşrutların, xüsusilə Azərbaycan və Türkiyə üzərindən keçən xətlərin inkişaf etdirilməsi regional ticarət həcmini artırır, dayanıqlı tədarük zəncirlərinin formalaşmasına və Avrasiya coğrafiyasındakı iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verir.

Aqil Ələsgər

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa