Qazaxıstanda fövqəladə vəziyyətin müddəti aprelin sonuna kimi uzadılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayevin başçılığı ilə Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının iclasında qərar qəbul olunub.
Qərara əsasən ölkənin Nur-Sultan, Almatı və Çimkənt şəhərlərində fövqəladə vəziyyət müddəti aprel ayının axırına qədər uzadılıb.
Qeyd edək verir ki aprelin 15-də Kasım-Jomart Tokayevin ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında Fərmanının müddəti başa çatır.
Hazırda ölkədə 802 COVID-19 virusuna yoluxma halı təsdiqlənib, 9 nəfər həyatını itirib.