Qazaxıstanlı diplomatlar Kiyevdən təxliyə edildi

media-hightechnic-468x90

Qazaxıstan diplomatlarının əksəriyyəti Varşavaya köçürülüb. 

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tleuberdi bildirib.

Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tam təxliyədən söhbət gedə bilməz.

“Biz diplomatik əməkdaşlarımızın həyatını və təhlükəsizliyini riskə ata bilmərik. Ona görə də indi işçilərin yerdəyişməsi məsələsi ortaya çıxır. Hazırda diplomatların əksəriyyəti Varşavaya köçürülüb və fəaliyyətlərini oradan həyata keçirirlər”, – deyə Tleuberdi bildirib.

Nazir vurğulayıb ki, Kiyevdə hər gün qazaxıstanlıları qəbul edən və evakuasiyaya köməklik göstərən konsul var.

“Ona görə də səfirliyin tam təxliyəsi və müvəqqəti bağlanması barədə danışmağa əsas yoxdur”, – o əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600