Qəbələ-Moskva aviareysi məcburi eniş edib

media-hightechnic-468x90

853Qəbələ-Moskva marşurutu üzrə uçan aviareys Astarxanda məcburi eniş edib.

Domodedovo-Qəbələ avireysini həyata keçirən A-320 təyyarəsi bazar günü Moskva vaxtı ilə saat 19:37 dəqiqədə Astarxanda məcburi eniş edib. Buna səbəb təyyarədəki sərnişinlərdən birinin içkili vəziyyətdə olması və stüyardessanın fəaliyyətinə maneçilik yaratması olub.

Sərnişindən təhlükəsizlik qaydalarına riayət olunması tələb olunsa da sərnişin buna əhəmiyyət verməyib. Astarxanda eniş edən zaman sərnişin polisə təhvil verilib. Qaydanı pozan Rusiya vətəndaşı olsa da, əslən azərbaycanlıdır.

O, Rusiyanın Kostromada vilayətində yaşayırmış.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa