Qəbələdə yaşayış evində partlayış olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yanvarın 18-də saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kəndində qeydə alınıb. Kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Y.Cabbarlının azyaşlı qızı Xədicə tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.(APA)
www.yenicag.az