Qəbələdə ətraf mühiti çirkləndirən şəxslər cərimələndilər

media-hightechnic-468x90

Qəbələ rayonunda ətraf mühiti çirkləndirən şəxslər cərimələnib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin, eləcə də sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib. Tədbirlər zamanı şəhərin müxtəlif ünvanlarında bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları müəyyən olunub. Onlarla izahedici söhbətlər aparılıb və İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600