Qəbələdə itkin düşən şəxsi arvadı və qardaşı öldürüb

media-hightechnic-468x90

Qəbələ rayonunda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600