Sloveniyanın Maribor şəhərində gənclər arasında Avropa birinciliyi davam edir.
Yenicag.az xəbər verir ki, “Qəbələ” İdman Klubunun iki üzvü finala qədər irəliləməyi bacarıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Rəşxan Baxşəliyev yalnız həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətlənib. O, Rusiya təmsilçisi Murtaz Şerievlə bacarmayıb.
60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynovun çıxışı daha uğurlu alınıb. Qızıl medal uğrunda Belçika idmançısı Jorre Verstraetenlə üz-üzə gələn cüdoçumuz bu rəqibinə də qalib gələrək, Avropa birinciliyinin qalibi adını qazanıb.
Qeyd edək ki, Kəramət cüdo üzrə Olimpiya çempionu adını qazanmış Elnur Məmmədlinin bacısı oğludur.
www.yenicag.az