!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbul imtahanlarının NƏTİCƏLƏRİ: "Ötənilkinə nisbətən bu il bir qədər..." - Ekspert

!Reklam – Yazi

Bir neçə gün öncə ali təhsil müəssisələrinə qəbul imtahanları həyata keçirildi. Nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. Halbuki əvvəlki illərdə cavablar təxminən 2-3 gün ərzində bəlli olurdu.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, qəbul imtahanlarındakı dəyişikliklər cavabların gec çıxmasına səbəb olub:

“2019-ci ildən etibarən qəbulun kurikulum qaydası ilə həyata keçirilməsi bəzi sualların şagird tərəfindən açıq yazılı şəkildə cavablandırılmasına səbəb olub. Bu cavabların müəllimlər tərəfindən yoxlanması bir qədər zaman tələb edir və əlavə vaxt itkisinə yol açır. Bu nöqteyi-nəzərdən cavabların elan olunmasında gecikmələr olur. Blok mərhələsində təxminən 90 sual var və hər fənn üzrə üç sualın cavablandırılması situasiya tiplidir. Ümumilikdə 9 sual açıq yazılı olur. Ona görə də cavablar təxmini 2 həftə ərzində elan olunur. Buraxılış mərhələsində isə situasiya tipli suallar daha çoxdur və bu baxımdan, nəticələr üç həftədən artıq müddət ərzində açıqlanır. Builki nəticələrə gəlincə, qruplar üzrə müsabiqə şəkilində iştirak edənlərin sayı çoxdur. Ümumi imtahanların nəticəsi isə, demək olar ki, ötənilki nəticələrlə eynidir. Sadəcə ötənilkinə nisbətən bu il bir qədər yaxşılaşıb”.

Gülşən Şərif

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv