Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qəhrəman şəhidimizin doğum günüdür - FOTOLAR/VİDEO 

Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhid olan Seyidzadə Miryunis oğlu Mirhüseyin oğlunun doğum günüdür.

Miryunis 11.02.1991-ci il tarixdə Gəncədə anadan olub. Uşaqlıqdan vətənə, torpağa bağlı olan Mirhüseyn Seyidzadə hərbçi olmağı da bu səbəbdən seçib. 3 il müddətdən artıq hərbi xidmət keçib.

İkinci Vətən müharibəsi dövründə yoldaşları ilə birgə 14 gün müddətində düşmənə ağır zərbələr endirib. Fizuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə misilsiz xidmətlər göstərib. Mirhüseyn Seyidzadə Vətən müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ailənin tək övladı olan şəhid Seyidzadə Miryunis ölümündən sonra “Vətən uğrunda” medalı, “İkinci dərəcəli Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, Cəbrayılın, Qubdalının, Laçının azad edilməsinə görə medalları ilə təltif edilib.

Qəhrəman şəhidimizə Allahdan rəhmət diləyir, böyük hörmət və ehtiramla anırıq!

 

 

Loading...

www.yenicag.az

139